KERİN - YERASEK proyektiv metodikası

24 sentyabr 3 oktyabr 2019-cu il tarixlərində məktəbin psixoloqu Cəbrayılova Gülnarə I siniflərə qəbul olunan 10 siniflə hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə şagirdlərə “Kerin-Yerasek” proyektiv metodikasını keçirdi.
“Kerin-Yerasek” testinin keçirilməsində məqsəd şagird haqqında ümumi məlumat əldə etmək, həm də məktəbə münasibəti təfəkkür və nitq, hafizə və diqqət, ətrafdakı adamlara münasibəti, ailə haqqında məlumatlar əldə etməkdən ibarət idi. Bu testlə şagirdlərin diqqətinin paylanması, yaddaşı yoxlanıldı. Eyni zamanda bu testin nəticəsində onlar canlı obrazı əvvəlcə görür, sonra onu təsəvvür edir və çəkirlər.
Alınan nəticələr müəllimlərlə müzakirə olunmuş və valideyn iclasında zəif uşaqlar haqqında məlumat verilmiş, məsləhətlər görülmüşdür.