"BİLİK GÜNÜ"

16 sentyabr 2019-cu il tarixində musiqi müəllimi Mirzəyeva Tərlan və kitabxanaçı Mirzəyeva Afətin rəhbərliyi altında “Bilik Günü”nə həsr olunmuş tədbir təşkil olunmuşdur.
Azərbaycan Resublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə direktor Əbülfət Bağırov çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məsələlərdən, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs etmişdir. Bununla yanaşı müəllim və şagird heyətini təbrik etmiş və yeni dərs ilində uğurlar arzulamışdır.
Daha sonra tədbir məktəblilərin iştirakı ilə mahnılar, şeirlər və rəqslərdən ibarət konsert proqramı ilə davam etmişdir.