“SON ZƏNG” TƏDBİRİ KEÇİRİLİB

Bakı şəhəri R.Baxışov adına 218 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində müəllim-şagird kollektivi, valideynlər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsnin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əbülfət Bağırov rəhbərlik eydiyi təhsil müəssisəsinin 2024-2025-ci tədris ilində qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb.
Əbülfət müəllim məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıb.
Daha sonra çıxışları ilə məktəb rəhbərliyi, sinif rəhbərləri, ibtidai sinif müəllimləri və valideynlər məzunları təbrik ediblər.
Çıxış edən digər qonaqlar da məzunlara xoş arzularını bildiriblər.