"GƏLƏCƏYƏ DOĞRU" adlı məzun gecəsi

15 iyun 2019-cu il tarixində Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ümumtəhsil məktəblərini yüksək qiymətlərlə bitirmiş şagirdlər üçün "Gələcəyə doğru” adlı məzun gecəsi keçirilmişdir. Tədbirdə məktəbin müəllimi Qasımlı Sevincin rəhbərliyi ilə yüksək nəticə göstərmiş məzun şagirdlər iştirak etmişdilər.
Daha sonra tanınmış müğənnilərin, beynəlxalq musiqi müsabiqələrinin qaliblərinin ifasında gənclərin marağına səbəb olan musiqi proqramı təqdim olunmuş, gənclər arasında müxtəlif maraqlı oyunlar və müsabiqələr keçirilmiş, fərqlənən gənclər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Tədbirin keçirildiyi məkanda bir sıra gənclər təşkilatlarının stendləri quraşdırılmış, təşkilatlar barədə məlumat və fəaliyyətlərini əks etdirən maarifləndirici materiallar nümayiş etdirilmiş və gənclərin ölkənin ictimai fəaliyyətində iştirakı imkanları barədə məlumat verilmişdir.