“1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü”

1 iyun 2019-cu il tarixində "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü" ilə bağlı məktəbdə "Hər birmiz bir çiçək" adlı tədbir keçirilmişdir. Tədbir 4L sinfinin sinif rəhbəri Kəmalə Məhərrəmzadə tərəfindən təşkil olunmuşdur. Tədbirdə həmin sinfin şagirdləri rəngarən mahnılar, şerilər, rəqslərlə çıxışlar etmişdirlər.
Uşaqlar çıxışlarında qeyd etmişdirlər ki, "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü" müharibələrə yox deyərək, uşaqların sağlamlıqlarının qorunması, düzgün tərbiyəsi üzrə moblizasiya günüdür. Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Nəzərə alsalar ki, uşaqlar onların gələcəyidir, ölkənin gələcəyi bizim əlimizdədir, onda bizim müdafiəmizə hamı qoşulmalıdır.
Uşaqların Beynəlxalq Müdafiəsi gününün tarixindən danışarkən qeyd olunmuşdur ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təsis olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmiş və elə həmin tədbirdə 1 iyun tarixini "Uşaqların Beynəlxalq Müdafiəsi"nə həsr etmək qərara alınmışdır.