“VALİDEYNİN MƏKTƏBDƏ BİR GÜNÜ” ADLI NÖVBƏTİ LAYİHƏ

30 may 2019-cu il tarixində məktəbimizdə “Valideynin məktəbdə bir günü” adlı növbəti layihə həyata keçirildi.
Valideynlər ilk olaraq məktəbdə yaradılmış “Heydər Əliyev”, “Kiçik Akademiya” guşələri ilə tanış oldular.
Daha sonra açıq dərslərdə iştirak etdilər.
Müəllim və teniki işçi heyəti ilə tanış oldular.
Yekunda məktəb rəhbərliyi ilə görüş keçirildi. Məktəbin direktoru Əbülfət müəllim Zeynalov bütün valideynlərə bu tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. Onları maraqlandıran sualları cavablandırdı. Valideynlər xoş əhval ruhiyyə ilə məktəbi tərk etdilər.