"NƏSİMİ İLİ" ilə əlaqədar "Dəyirmi masa"

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 05.11.2018-ci il 689 №li Sərəncamına əsasən 2019-cu il “Nəsimi ili” elan olunmuşdur. Bununla əlaqədar 29.05.2019-cu il tarixində məktəbin kitabxanasında “İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi”nə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir. Tədbirdə tarix müəllimi Muradova Şəhla, Azərbaycan dili və ədəbiyyat müəllimi Hüseynova Nuranə, kitabxanaçı Məmmədova Adilə və UBTR Cəmilov Tural çıxış etmişdilər. Onlar öz çıxışlarında şairin həyat və yaradıcılığından söhbət açmış, şagirdlər də öz növbəsində Nəsimi dühasından şeirlər, qəzəllər söyləmiş, onun fəlsəfi fikirlərindən sitatlar gətirmişdilər.
Sonda şairin yubileyi ilə bağlı silsilə tədbirlərin davamlı olması iştirakçıların nəzərinə çatdırılmışdır.