“RESPUBLIİKA GÜNÜ”

27 may 2019-cu il tarixində kitabxanaçı Afət Mirzəyevanın rəhbərliyi ilə "28 may Respublika Günü" ilə əlaqədar tədbir təşkil etmişdir. Tədbirdə məktəbimizin direktoru Əbülfət BAğırov, məktəbin müəllim kollektivi, şagirdlər və valideynlər iştirak etmişdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması və Respublika gününə həsr olunmuş şeirlərlə başlamışdır. Şagirdlərin ifasında mahnı, şeirlər, maraqlı səhnəciklər ifa olunmuşdur. Bu günün anlam və önəmi haqqında uşaqlara geniş məlumat verilmişdir.