“Xalçaçılıq sənətini yaşat”

23 may 2019 cu il tarixində texnologiya müəllimi Hüseynova Yeganə şagirdlərdə xalçaçılıq sənətinə marağın artırılması məqsədi ilə əllə xalçatoxumaya aid nümunələr təqdim etmiş və onlara bu sənətin sirrlərindən söhbət açmışdır. Öz çıxışında qeyd etmişdir ki, Azərbaycan xalq-tətbiqi sənəti olan xalçaçılıq, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutmuş və tarixən böyük inkişaf yolu keçmişdir.

Tədbirin məqsədi Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, nisbətən arxa planda qalan qədim sənət növünün şagirdlər arasında təbliği olmuşdur.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi