“Bərk məişət tullantıları”

22 may 2019-cu il tarixində məktəbin biologiya müəllimi Elza Cəfərova 8-ci sinif şagirdləri ilə “Bərk məişət tullantılarının idarə edilməsi, onların çeşidlənməsi” ilə bağlı söhbət aparmışdır. Şagirdlərə bu haqda geniş məlumat verdikdən sonra, öncədən də məktəbdə ətraf mühitin çirklənməsinə qarşı, həmçinin tullantıların təkrar emalına aid görülmüş işlərdən də söhbət açmış və belə tədbirlərin davam etdiriləcəyi barəsində məlumat vermişdir.