"NƏSİMİ İLİ"

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin qərarı ilə 2019-cu il " Nəsimi ili " elan edilmişdir. Bu məqsədlə dövlət idarələrində o cümlədən tədris müəssisələrində də geniş miqyaslı tədbirlər həyata keçirilir.
Silsilə tədbirlərdən biri də 20 may 2019-cu il tarixində məktəbin tarix müəllimi Muradova Şəhlanın rəhbərliyi ilə baş tutmuşdur. Tədbirdə məktəbin müxtəlif siniflərindən olan şagirdlər iştirak etmişdilər. Nümayiş edilmiş videoçarxlar gələn qonaqlar, məktəb rəhbərliyi və şagirdlər tərəfindən maraqla qarşılanmışdır. Tədbir Muradova Şəhlanın çıxışı ilə yekunlaşdırılmışdır. Dahi şairin yubileyi ilə bağlı silsilə tədbirlərin davamlı olaraq keçiriləcəyi iştirakçıların nəzər-diqqətinə çatdırılmışdır.