Lütfi Zadə adına IV Məntiq Olimpiadası keçirildi

4 may 2019-cu il tarixində Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turu təşkil olundu. V-Vl sinif şagirdləri arasında keçirilən bilik yarışında uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar. Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

Olimpiadanın keçirilməsinin  əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi