GƏNC İSTEDADLAR

Şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədi ilə tez – tez təşkil olunan sərgilərdən biri də bu gün keçirildi. Sərgi rəsm müəllimi Adışova Leylanın rəhbərliyi ilə V, VI və VIII sinif şagirdlərinin əl işlərindən təşkil olunmuşdur. Məktəbin foyesində nümayiş etdirilən rəsmlərə həm müəllimlər, həm də şagirdlər böyük maraqla baxış keçirmişdilər. Əsasən yaz abu-havasının əks olunduğu əl işləri izləyənlərdə ruh yüksəkliyi və xoş əhval-ruhiyyə yaratmışdır.
Sərgi may ayının 9-una kimi davam edəcək.