“SAĞLAM GƏNCLİK- SAĞLAM GƏLƏCƏK”

24 aprel 2019-cu il tarixində Xəzər rayonu Mərdəkan qəsəbəsində tədbir təşkil olunmuşdur. Tədbir 20-28 iyul 2019-cu il tarixində Bakı şəhərində baş tutacaq "Avropa Gənclər Olimpiya Festivalı"nın geri sayımının başlanması ilə əlaqədar keçirilmişdir.. Tədbirdə məktəbimizin 10-11-ci sinif şagirdləri direktor Əbülfət Bağırov, UBTR Tural Cəmilov və Anar Məmmədovun rəhbərliyi ilə iştirak etmişdilər.
"Avropa Gənclər Festivalı"nın ideyası gənclərə Olimpiya hərəkətını tanıtmaq və Olimpiya dəyərlərini öyrətməkdən ibarətdir. Belə bir möhtəşəm tədbirin ölkəmizdə baş tutması, ölkəmizin və paytaxtımızın dünyada daha da tanınması üçün mühüm şərtlərdəndir.