"AZƏRBAYCAN DÖVLƏTLƏRİNİN ATRİBUTLARI"

24 aprel 2019-cu il tarixində məktəbin VIII "ə" sinfində tarix dərsi "Azərbaycan dövlətlərinin atributları" mövzusuna həsr olunmuşdur. Tədbir məktəbin tarix müəllimi Şəhla Muradova tərəfindən təşkil edilmişdir. Şagirdlər qədim dövlətlərdən başlayaraq müasir dövrümüzə qədər Azərbaycanda mövcud olan dövlətlərin bayraqlarını və gerblərini nümayiş etdirmiş və onların rəmzi mənalarını açıqlamışlar.Tədbirdə şagirdlər öz fikirlərini sərbəst şəkildə ifadə edərək dinləyicilərə çatdırmışlar.
Tədbirdə məktəbin təlim -tərbiyə işləri üzrə direktor müavinləri Taliyə Quliyeva və Səadət Hüseynli, iştirak etmiş və tədbir barəsində öz fikirlərini bildirmişlər.