"Aprel döyüşləri" ilə əlaqədar "dəyirmi masa"

Aprelin 8-də məktəbin tarix müəllimi Məhərrəmov Saqi və UBTR Cəmilov Tural “Aprel döyüşləri- tariximizin qəhrəmanlıq səhifəsi” adlı “dəyirmi masa” təşkil etdilər. Azərbaycan Dövlət Himni ilə açılan tədbirdə ilk öncə şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. Burada müəllim şagirdlərə 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalması, ordumuzun bölmələri əks-həmlə ilə təxribatlarının qarşısını alması, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelərin düşməndən azad olunması haqqında şagirdlərə məlumat verdi. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib. Şagirdlər də öz növbəsində əsgərlərimizin qəhrəmanlıqlarından söz açdılar.
“Dəyirmi masa”nın təşkilində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunu yüksəltmək, Vətənə məhəbbət hissini artırmaq, tariximizi, milli qəhrəmanlarımızı tanıtmaqdan ibarət olmuşdur..