KİV məktəbimizdə

Müəllim və valideyn kollektivinin birgə təşəbbüsü ilə məktəbimizdə elektron zəng və kamera sisteminin quraşdırılması ilə əlaqədar olaraq, Xəzər televiziyasının əməkdaşları 1 aprel 2018-ci il tarixində şagirdlərin bu məsələ ilə bağlı fikirlərini öyrəniblər. Məktəbin şagirdləri tənəffüsdə səsləndirilən musiqi parçalarının onlara müsbət təsir göstərdiyini bildiriblər. Məktəbin direktoru öz müsahibəsində bildirib ki, bu sistem şagirdlərin nizam-intizamına, dərslərə daha yaxşı motivasiya olmalarına və dərsdən sonra yaranan yorğunluğun aradan qaldırılmasına müsbət təsir göstərir, səslənən parçalar şagirdlərdə milli və klassik musiqilərimizə maraq oyadır. Həmçinin Əbülfət Bağırov onu da bildirib ki, gələcəkdə dərsarası fasilələrdə şagirdlərin müxtəlif şeirlər səsləndirmələrinə şəraitin yaradılması da planlaşdırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi