Novruz bayramı qeyd olunub

18 mart 2019-cu il tarixində məktəbdə Novruz bayramı münasibətilə tədbir keçirilib. Novruz bayramı ənənələrini nümayiş etdirən tədbirdə məktəbin direktoru, müəllim və şagird kollektivi, həmçinin valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əbülfət Bağırov bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruz münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan xalqının mənəvi dəyərlər sistemində bu bayramın özünəməxsus yeri olduğunu bildirib. Tədbirdə şagirdlərin Novruz bayramı ilə əlaqədar hazırladıqları şeirlər, səhnələr, ifa etdikləri rəqslər, bayramın rəmzlərindən və adətlərindən olan səməni, xonça, eyni zamanda, Novruzun personajları Kosa, Keçəl və Bahar qızın şən zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb. Tədbirdə şagirdlər Novruza, baharın gəlişinə həsr olunmuş folklor nümunələrindən parçalar söyləyib, mahnılar səsləndirib və maraqlı səhnəciklər nümayiş etdiriblər.

Bayram tədbiri birliyi və həmrəyliyi təcəssüm etdirən “Yallı” rəqsi ilə yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi