XOCALI FACİƏSİNİN 27-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNAN ƏDƏBİ-BƏDİİ KOMPOZİSİYA

26.02.2019-cu il tarixində məktəbimizdə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya təqdim olundu. 4a sinif şagirdləri ibtidai sinif müəllimi Kərimova Nuriyyənin rəhbərliyi altında Xocalı faciəsinə həsr olunmuş ədəbi bədii kompozisiya hazırladılar. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər Xocalı faciəsinin tarixindən danışdılar. Onlar qırğın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 1275 nəfər əsir götürüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Sonra şagirdlər o qətl gecəsinini əks etdirən səhnələr göstərdilər, vətənpərvərlik mövzusunda şeirlər, “Torpağın səsi”, “İgid əsgər” mahnıları məktəblilərin ifasında səsləndi. Daha sonra Xocalı faciəsini bütün dünyaya bildirən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqında video çarx nümayiş etdirildi.
Sonda çıxış edən tədbirin təşkilatçısı Kərimova Nuriyyə bu dəhşəti “Əsrin faciəsi” adlandırdı. Zaman – zaman torpaqlarımızın qəsbkarlar tərəfindən işğal olunduğunu şagirdlərin nəzərinə çatdırdı. O qeyd etdi ki, artıq bizim qüdrətli dövlətimiz, güclü ordumuz vardır. İnanırıq ki, tezliklə torpaqlarımız düşmən tapdağı altından azad olacaq.