“21 FEVRAL BEYNƏLXALQ ANA DİLİ GÜNÜ”NƏ HƏSR OLUNAN TƏDBİR

Fevral ayının 21-də məktəbin akt zalında 21 Fevral Beynəlxalq Ana dili Gününə həsr olunan ədəbi-bədii kompozisiya təqdim olundu. “Ana dilimizi sevək” adlı tədbirdə şagirdlər ana dilimizə aid aforizmlər və şeirlər söylədilər, mahnılar ifa etdilər. Dahi şairimiz S.Vurğunun “Vaqif” dramından bir pərdə şagirdlər tərəfindən səhnələşdirilərək təqdim olundu.
Tədbirin sonunda məktəbin direktoru Əbülfət müəllim Bağırov ana dilimizin dövlət səviyyəsində qorunmasından söhbət açdı. Tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.