Müsbət yeniliklər...inkişafa doğru

Müəllim və valideyn kollektivinin birgə təşəbbüsü ilə məktəbimizdə elektron zəng və kamera sistemi quraşdırıldı. Elektron zəng vasitəsilə tənəffüslərdə verilən “Koroğlu” üverturası, “Azərbaycan” və s. bu kimi musiqilər müəllimlər və şagirdlərdə ruh yüksəkliyi yaradır və məktəbin abu-havasına öz müsbət təsirini göstərir. Hər iki növbədə himnizimin həm məktəb daxilində, həm də məktəb xaricində səslənməsi şagirdlərdə vətənpərvərlik hissini daha da gücləndirir.
Həmçinin quraşdırılan kamera sistemi ilə fasiləsiz məktəbə nəzarət olunur. Bu da öz növbəsində həm məktəb heyətinin və şagirdlərin təhlükəsizliyinin qorunmasına, xoşagəlməz hadisələrin aradan qaldırılmasına, həm də nizam-intizam qaydalarına ciddi nəzarət olunmasına yardımçı olur.
Bu işdə əməyi keçən hər kəsə öz dərin təşəkkürümüzü bildiririk. Məktəbimizin reytinqinin daha da artması üçün hər zaman çalışacayıq.