Qarabağ müharibəsi veteranları ilə görüş

16 yanvar 2019-cu il tarixində “20 Yanvar” faciəsinin 29-cu ildönümü ilə əlaqədar Qarabağ veteranları ilə görüş keçirildi.
Görüşdə məktəbin direktoru Əbülfət Zeynal oğlu Bağırov, I Qarabağ müharibəsi veteranları Mehdi Rəhimov, Musa Alıyev, Səbuhi Şahsuvarov, məktəbin direktor müavinləri Səadət Hüseynli və Şəhla Muradov iştirak etdilər.
Giriş sözü ilə çıxış edən Əbülfət Bağırov “20 Yanvar” faciəsinin sovet rəhbərliyi tərəfindən azadlıq uğrunda çıxışlarımızı boğmaq üçün edildiyini bildirdi. Digər iştirakçılar da “20 Yanvar” faciəsi və I Qarabağ müharibəsi barədə çıxışlar edərək bildirdilər ki, istiqlalımızın qorunub saxlanılması üçün daim döyüşə hazır olmalı və şəhidlərimizin ruhunu uca tutmalıyıq.