31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il

28.12.2018-ci il tarixində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə rəsm və şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri hazırlanıb.Tədbirdə direktor, müəllim, şagird, valideyn və digər qonaqlar iştirak ediblər.
Bayram tədbirində məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb. Həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.
Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş videoçarx nümayiş olunub. Şagirdlər Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.Direktorun çıxışı və təbriki ilə tədbir yekunlaşıb.