BŞTİ tərəfindən monitorinq keçirilib

26 dekabr 2018-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərinin müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, buraxılış fənləri üzrə keyfiyyətin artırılması, eyni zamanda məktəb özünüqiymətləndirməsinin formalaşdırılması və tətbiqi üçün zəmin yaradılması məqsədilə məktəbimizdə Azərbaycan dili , riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirilib.
Monitorinq məktəbimizin 2, 4, 6 və 8-ci siniflərində keçirilmişdir.
2-ci siniflərdə Azərbaycan dili və riyaziyyat, 4, 6 və 8-ci siniflərdə isə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən təşkil olundu.
Monitorinqin nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulub.