ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ

12.12.2018-ci il tarixində məktəbimizin akt zalında Ulu Öndərimiz ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə məktəbin direktoru Əbülfət Bağırov, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.

 Anım tədbirində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verildi. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulandı.

Tədbirdə ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı vurğulandı.

"Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusunda keçirilən tədbirdə məktəblilər ulu öndərə həsr olunan şeirlər söylədi, mahnılar ifa etdi, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdi, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirdilər. Dahi lider Heydər Əliyevin anım gününə aid videoçarx nümayiş etdirildi. Bu videoçarxı izləyən hər kəs dərin hüzn hissi keçirdi.

Tədbir məktəbin direktoru Əbülfət  Bağırovun çıxışı ilə yekunlaşdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi