ŞƏKƏRLİ DİABETLƏ MÜBARİZƏ

06.12.2018-ci il tarixində məktəbin sinif şagirdləri ilə şəkərli diabetlə mübarizə barədə “dəyirmi masa” keçirildi. “Dəyirmi masa” məktəbin tibb bacısı Vəfa Heydərova, biologiya müəllimi Elza Cəfərova və UBTR Tural Cəmilov təşkil etdilər. “Dəyirmi masa”nın keçirilməsində məqsəd şagirdləri şəkərli diabet xəstəliyinin təhlükəsi və yaranma yolları ilə tanış etmək idi. Şagirdlər şəkərli diabet xəstəliyinin yaranma yolları, Azərbaycanda bu xəstəliyin vəziyyəti haqqında geniş məlumat aldılar.