18 Oktyabr-Milli Müstəqillik günü

18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilib.Belə ki, “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-cı ildönümü”nə həsr olunan tədbirdə bayram münasibətilə fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm müsabiqəsi keçirilib.
“Müstəqilliyimiz əbədidir!” adlı tədbirdə pedaqoji və şagird kollektivi iştirak edib.Tədbirdə çıxış edənlər o dövrün tarixi-siyasi şəraitinə nəzər alaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışıb və XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildiriblər. Qeyd olunub ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci ilin 18 oktyabr günü xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazılıb.Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, o cümlədən Azərbaycanın gündən-günə daha da gücləndiyi, qüdrətləndiyi şagirdlərin bir daha diqqətinə çatdırılıb.
Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlər isə söylədikləri şeirlər, ifa etdikləri mahnılar ilə vətənə olan sevgilərini nümayiş etdiriblər. Şagirdlər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirlərə daha da rəngarərənglik qatıb.Həmçinin, tədbirlərdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər nümayiş etdirilib.
Rəsm müsabiqəsində fəal iştirak edən şagirdlər direktor Bağırov Əbülfət və rəsm müəlliməsi Adışova Leyla tərəfindən Təltifnamə və hədiyyələrlə mükafatlandırılıb. Tədbir Əbülfət müəllim Bağırovun çıxışı ilə sonlandırılıb.