5 Oktyabr-Beynəlxalq müəllimlər günü

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin status haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildə isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilmişdir.
05.10.2018-ci il tarixində “Müəllimlər günü”nə həsr edilmiş tədbir təşkil olunmuşdur. Tədbir məktəbin direktoru Əbülfət Bağırovun çıxışı ilə başlamış, müəllim kollektivini təbrik etmiş, xoş arzularını dilə gətirmişdir.
Tədbir zamanı şagirdlər mövzu ilə bağlı şeirlər söyləmiş və müəllimlərini təbrik etmişlər.