Binədə dəhşətli qəza

01.10.2018-ci il tarixində saat 14:35 radələrində Bakının Binə qəsəbəsi ərazisində 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə qatar toqquşub. Hadisə nəticəsində 1 azyaşlı oğlan dünyasını dəyişib, xəsarət alanların sayı isə 27 nəfərə çatıb.
Bu dəhşətli qəzada ölən azyaşlı məktəbin 7c sinif şagirdi Dadaşzadə Yusif Tahir oğludur . Bu bədbəxt hadisə müəllim və şagird kollektivini dərin hüznə boğdu. Dünyasını dəyişən şagirdimizə Allahdan rəhmət, ailəsinə isə səbr diləyirik.