Binə qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi

    26 sentyabr 2018- ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Binə qəsəbə sakinlər ilə növbəti səyyar görüşü keçirildi. 

    Görüşdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri  iştirak etdilər.

    Görüşü rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq yerlərdə səyyar qəbulların  mütəmadi olaraq keçirildiyini bildirmiş, qəsəbə sakinlərin müraciətlərini dinləmiş və müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir. Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmişdir. 

    Daha sonara   qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə  rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi