"BİLİK GÜNÜ" QEYD OLUNUB

Bu gün “Bilik günü” qeyd olunub.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə direktor Əbülfət müəllim Bağırov və müəssisə rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs ediblər.Həmçinin bu il I sinfə qəbul olan şagirdlərə uğurlar arzu ediblər.
Sonra məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı təqdim edilib.
15 sentyabr həm də Nuru Paşanın başçılığı altında Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni işğalçılarından azad olunduğu gündür. VIII sinif şagirdləri 100 illik yubiley münasibəti ilə şeir və mahnılar təqdim ediblər.
Tədbirdən sonra 5 günlük tədris həftəsi tətbiq olunan məktəblərdə şagirdlər, xüsusilə də birinci sinif şagirdləri müəllimlərlə görüşüb, sinif otaqları, dərs cədvəli ilə tanış olub, siniflərin növbəliliyi barədə məlumatlandırılıblar. 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslərə cədvəl üzrə bu gündən başlanıb.