"Əlvida məktəb"

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür. Hər bir məktəbdə olduğu kimi  14 iyun tarixində bizim məktəbdə də “Son zəng” günü qeyd olundu. Tədbir məzunların “Məktəb illəri” mahnısının sədaları altında öz yerlərini alması ilə başladı. Məzunlarımızı təbrik edib, onlara öz ürək sözlərini demək üçün söz məktəbin direktoru Yaqut Məmmədovaya verildi. Direktor öz çıxışında məktəbin nailiyyətlərindən, şagirdlərin müvəffəqiyyətindən danışıb, məzunları təbrik edərək onlara imtahanlarda uğurlar arzuladı. Daha sonra məzunların ifasında musiqi nömrələri səsləndi, rəqslər ifa olundu. Tədbir birinci sinif şagirdlərinin məzunlar üçün çaldığı son zənglə tamamlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi