1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü

1 İyun 2018-ci il tarixində 4 e sinif şagirdləri tərəfindən “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə sinif müəllimi çıxış edərək bu haqda tədbir iştirakçılarına ətraflı məlumat verdi. Bildirdi ki, həmin günün bayram kimi qeyd olunması 1950-ci ildə BMT Baş Assembleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 İyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.