Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı "Dəyirmi masa" keçirildi

28 May Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə bağlı məktəbimizdə müxtəlif tədbirlər, müsabiqə və “Dəyirmi masa” təşkil edilmişdir. “Dəyirmi masa”da Ədəbiyyat müəllimi Məmmədzadə Sərvinaz öz çıxışında bildirdi ki, Azərbaycanın bugün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının əsası Azərbaycan Xalq Cumhuriyyətinin dövründə qoyulmuşdur. Dəyirmi masada iştirak edən şagirdlər də Azərbaycan Xalq Cumhuriyyətinin tarixi haqqında müxtəlif məlumatlar verdilər. Şagirdlər bildirdilər ki, Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğrulmuşdur. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi  baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi