Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri

25 May 2018-ci il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə məktəbimizin müəllim və şagird kollektivi də iştirak etdi. Məktəblilərin hazırladıqları səhnəciklər, çıxışlar göstərildi, təhsil və idman sahələrində beynəlxalq turnirlərdə qalib gəlmiş məktəblilər öz uğurları haqqında çıxış etdilər və öz həmyaşıdlarına tövsiyyələr verdilər. Tədbirin möhtəşəmliyi iştirakçı şagirdlərdə böyük təəssürat yaratdı.