İnsan Hüquqlarının müdafiəsi ilə bağlı "Dəyirmi masa" keçirildi

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il 18 iyun tarixində “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bununla əlaqədar olaraq məktəbimizdə Uşaq Birliyinin Rəhbəri  Tural Cəmilov  və Təşkilatı işlər üzrə direktor müavini Sevil Məmmədovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək “İnsan Hüquqları aylığı” elan edilmişdir. Məktəbimizin müəllim və şagird kollektivi bu aylıq çərçivəsində insan hüquqlarını, hüquq bərabərsizliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzulara dair müxtəlif tədbirlər, “Açıq dərs”, debat və diskusiyalar, həmçinin  23 may 2018-ci il tarixində “Dəyirmi masa” keçirilmişdir. “Dəyirmi masa” məktəbimizin tarix müəllimi Muradova Şəhlanın çıxışı ilə başlamışdır. Çıxışda bildirdi ki, müstəqil  Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini dəyişməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb.

Daha sonra məktəbimizin dəyirmi masada iştirak edən IX və XI sinif şagirdləri insan hüquqlarının müdafiəsinə dair məlumatlar verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi