Unudulmayan tarix

31 mart 2018-ci il tarixində məktəbdə ermənilərin 100 il bundan əvvəl azərbaycanlılara qarşı törətdiyi soyqırımın ildönümü ilə əlaqədar tədbir hazırlanmışdır. Tədbir "Dəyirmi masa" ətrafında tarix müəllimlərinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirildi. Açılış sözünü tarix fənni üzrə metodbirləşmə sədri Taliyə Quliyeva dedi. Məktəbin tarix müəllimləri Saqi Məhərrəmov, İradə Qurbanova, Cəlahir Əliyev, Səbuhi Şahsuvarov tarixdə müxtəlif illərdə baş vermiş erməni vəhşilikləri haqqında məlumat verdilər. Sonra şagirdlər də topladıqları məlumatlarla bir-birləri ilə fikir mübadiləsi yürütdülər. Tədbir məktəbin direktor əvəzi Aynurə Məmmədovanın çıxışı ilə yekunlaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi