"Tarixin qara səhifəsi"

26 Fevral 2018-ci il tarixdə məktəbimizin akt zalında Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Xocalı faciəsi  XX əsrin ən dəhşətli soyqırımı hadisəsidir. Xocalı Soyqırımından 26 il ötsə də, bu faciə hələ də Azərbaycan xalqının qəlbini ağrıdan, böyük bir dərdinə çevrilmiş vandalizm nümunəsidir. Tədbir Azərbaycan Respublikasının Dövlət  Himni ilə başlamış, daha sonra bir dəqiqəlik sükutla bu faciədə şəhid olanlar, Milli qəhrəmanlar yad edilmişdir. Tədbirdə müxtəlif məlumat və video çarxlarla, bədii nümunələrlə bu hadisənin tarixi gerçəkliyi  tamaşaçılara çatdırılmışdır. Tədbirin əsas məqsədi yeni, böyüyən gənc nəsli bu vandalizm, soyqırım hadisəsi haqqında məlumatlandırmaq, vətəni, sevgini aşılamaq olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi