"Ana dilimizi sevək, qoruyaq"

Fevralın 21-də məktəbimizdə Beynəlxalq Ana Dili günü qeyd olunub. Məktəbin  IV e sinif şagirdləri “Ana dilimizi sevək, qoruyaq” mövzusunda tədbir hazırlamış, ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.

Tədbirdə məktəbin direktoru A.Məmmədova fevralın 21-nin Beynəlxalq Ana Dili günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıb. Bildirilib ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır.

Sinif müəllimi M.Cəfərova ana dilimizin dünya dilləri arasında layiqli yerini tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb, bu sahədə imzalanan mühüm dövlət sənədlərini xatırladıb.

Sonra məktəblilər ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya göstərib, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi