"20 Yanvar qaranlıq keçmişimizin qeyrət salnaməsidir"

18 yanvar 2018-ci il tarixində məktəbin akt zalında 20 Yanvar hadisələrinə həsr olunmuş “20 Yanvar qaranlıq keçmişimizin qeyrət salnaməsidir” mövzusunda tədbir keçirildi. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Civişova Aysel hazırlamışdır. Tədbir iştirakçıları Ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verən şəhidlərin xatirəsini andılar, onları şərəf və qeyrət simvolu kimi həmişə xatırlayacaqlarını, gənc nəslə nümunə kimi təqdim edəcəklərini bildirdilər.

Monitorda 20 Yanvar hadisələrini əks etdirən slayd-şou nümayiş etdirildi. Sonda məktəbin tarix müəllimi Muradova Şəhla çıxış edərək Qanlı 20 Yanvar faciəsini cəsarətin, fədakarlığın, oyanışın əyani təcəssümü kimi qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi