Uşaqlar bizim gələcəyimizdir

218 nömrəli məktəbin müəllim və şagird kollektivinin birgə əməkdaşlığı nəticəsində 28 dekabr 2017-ci il tarixində Hüseynov Ceyhunun başçılığı ilə XI sinif şagirdləri və müəllimlər Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Ümid yeri” sığınacağında məskunlaşan uşaqlara baş çəkdilər. Orda yaşayan uşaqlara geyimlər, isti və soyuq yeməklər, oyuncaqlar, məktəb ləvazimatları aparıldı. Uşaqların şənlənməsi üçün şaxta baba, qar qız və bir çox nağıl qəhrəmanları iştirak etdi.