9 Noyabr Dövlət Bayraq günü

Rəşid Baxışov adına 218 saylı tam orta məktəbdə "9 Noyabr Bayraq günü" münasibətilə tədbir keçirildi. Tədbirdə həmin məktəbin beşinci və yuxarı sinif şagirdləri çıxış etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. İlk öncə tədbirin açıq elan olunması üçün məktəbin rəhbərliyinə söz verildi. Daha sonra səhnəcik və ardınca Talıb Talehin "Azərbaycan əsgəri" mahnısı oxundu. Şagirdlər Azərbaycan Bayrağına aid şeirlər söylədilər. "Ağ çiçəyim" rəqsi ifa olundu, xalq mahnısı "Vətən" sazın ifasında təqdim olundu. Şagirdlərdən biri Vətənə aid rep söylədi. Tədbir Faiq Ağayevin "Azərbaycan" mahnısı ilə sona yetdi. Şagirdlər öz istedad və bacarıqlarını göstərdilər.