Bülbülün 120 illik yubileyi

30 oktyabr 2017-ci il tarixində məktəbin kitabxanasında dahi sənətkarımız, görkəmli müğənni, tədqiqatçı-alim və pedoqoq, tanınmış ictimai xadim, SSRİ xalq artisti Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) 120 illik yubileyinə həsr edilmiş "Dəyirmi masa" keçirildi. "Dəyirmi masa"da doqquzuncu sinif şagirdləri iştirak etdilər. Şagirdlərə Bülbülün həyat və yaradıcılığı haqqında məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Sevil Məmmədova ətraflı məlumat verdi. Kitabxanaçı Mirzəyeva Afət böyük sənətkar Bülbülün zəngin yaradıcılıq yolu keçmiş və özünün çox şaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyduğunu şagirdlərə çatdırdı.