5 Oktyabr Müəllimlər günüdür

05 oktyabr 2017-ci il tarixdə məktəbdə "Müəllim Gününə" həsr olunmuş tədbir keçirilmişdir. Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həmzəyeva Mətanət və Fizika müəllimi Əhmədova Nailə tərəfindən təşkil edilmişdir. Tədbirdə şagirdlər tərəfindən müxtəlif mahnılar səsləndirildi, müxtəlif rəqs nömrələri- xarici və milli rəqslər, "Valideyn-direktor" səhnəciyi nümayiş etdirildi. Tədbirin sonunda məktəbin direktoru Məmmədova Aynurə çıxış edərək müəllim vəzifəsinin çətin, mürəkkəb, şərəfli, məsuliyyətli peşə olmasından, məktəbimizin uğurlarından bəhs etdi və müəllimləri peşə bayramı münasibətilə təbrik etdi.