“KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ” ÇƏRÇİVƏSİNDƏ EKSKURSİYA TƏŞKİL OLUNDU

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdi. Bununla bağlı həyata keçiriləcək tədbirlərə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq məktəb üzrə Tədbirlər Planı hazırlanmışdı. Tədbir planına əsasən, məktəbdə “Konstitusiya və Suverenlik İli” ilə bağlı forum, konfrans, simpozium, “Dəyirmi masa”, “Açıq dərs” və seminarların, müxtəlif müsabiqələrin, sərgi və festivalların, elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
31.05.2025-ci il tarixində məktəb rəhbərliyinin rəhbərliyi, 3f sinif rəhbəri Aysel Əlizadənin təşkilatçılığı və valideynlərin iştirakı ilə şagirdlərin "Qız qalası" na, "Şirvanşahlar sarayın" na, "Miniatür Kitab Muzeyin"ə, "Bəylər məscidi" nə ekskursiya təşkil olundu.
Ekskursiyanın təşkil olunmasında məqsəd şagirdləri Azərbaycanın tarixi yerləri haqqında məlumatlandırmaq olmuşdur.