“MƏTBƏX MƏDƏNİYYƏTİMİZ” və “MİLLİ MUSİQİMİZ XALQIMIZIN MİLLİ DƏYƏRİDİR” adlı tədbir keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Dəyərlərimizi qoruyaq!” layihəsinin icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq “Mətbəx mədəniyyətimiz” adlı kulinariya günlərinin və “Milli musiqimiz xalqımızın milli dəyəridir” adlı tədbir keçirildi.

16.05.2025-ci il tarixində məktəbdə milli dəyərlərin təbliği və şagirdlərə vətənpərvərlik ruhunun aşılanması məqsədilə həyata keçirilən “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində növbəti maraqlı və zövqlə təşkil olunmuş tədbirlərdən biri baş tutub.

Texnologiya müəllimi Həqiqət Dədəcanovanın və musiqi müəllimi Fərqanə İsmayılovanın təşkilatçılığı ilə keçirilən tədbirdə milli mətbəximizin və milli musiqimizin zənginliyi bir daha nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Əbülfət Bağırov açaraq milli kulinariya mədəniyyətimiz və milli musiqi mədəniyyətimiz haqqında şagirdlərə ətraflı məlumat verdi. Daha sonra çıxış edənlər tədbirin keçirilməsində əməyi olanlara təşəkkürlərini bildirdilər.

Tədbirin əsas məqsədi şagirdlərə Azərbaycanın kulinariya irsini tanıtmaq, müxtəlif bölgələrə məxsus yeməklərin, şirniyyatların, çayların hazırlanma və təqdimat qaydaları ilə bağlı maarifləndirici mühit yaratmaq, həmçinin milli musiqimizin zənginliyi haqqında şagirdlərə məlumat vermək olub.

Şagirdlər hər bir yeməyi təqdim edərkən onun tarixçəsi, hazırlanma qaydası və həmin bölgənin kulinariya xüsusiyyətləri barədə məlumat verərək biliklərini bölüşüblər.

Həmçinin müxtəlif musiqi alətlərində ifalar da təqdim olunub. Bu təqdimatlar onların həm araşdırma qabiliyyətini, həm də ictimai çıxış bacarıqlarını inkişaf etdirmək baxımından əhəmiyyətli olub.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər də iştirak edərək şagirdlərin hazırladığı süfrələrə baxış keçirmişvə bu təşəbbüsü yüksək qiymətləndirmişlər.

Belə tədbirlər şagirdlərin milli kimlik və mədəniyyətə bağlılığını möhkəmləndirməklə yanaşı, onların yaradıcı fəaliyyətini də təşviq edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi