NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ TƏNTƏNƏLİ BAYRAM TƏDBİRİ KEÇİRİLİB

18.03.2025-ci il tarixində ölkəmizin hər bir ümumtəhsil müəssisəsində olduğu kimi Bakı şəhəri R.Baxışov adına 218 nömrəli tam orta məktəbin musiqi müəllimi Fərqanə Mayılovanın təşkilatçılığı ilə xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə təntənəli bayram tədbiri keçirilib.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk öncə məktəbin direktoru Əbülfət Bağırov çıxış edərək bildirdi ki, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz, həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlamasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və meribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
Azərbaycan rəhbərliyinin birinci dövründə xalqımızın Ümummilli Lideri Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır. Milli adət-ənənlərimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənlərimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimiz və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir.”
Təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov çıxışında bildirdi ki, Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər il bayram şənliklərinə qatılması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqımızın, dövlətimizin başçısının ətrafında bir yumruq kimi sıx birləşdiyini sübut edir. Bayram tədbiri daha sonra şagirdlərin hazırladıqları bir-birindən gözəlı rəqs, musiqi nömrələri ilə davam etdi.