“NOVRUZ ÇƏLƏNGİ” adlı əl işlərindən ibarət sərgi keçirildi

Azərbaycan xalqının çox qədim zamanlarda yaratdığı, tarixin yaddaşına həkk olaraq günümüzə qədər gəlib çatmış, yüksək mənəvi-əxlaqi dəyərləri özündə birləşdirən Novruz bayramı hər il olduğu kimi bu il də ölkəmizin dörd bir yanında böyük sevinclə qeyd olunmaqdadır.
Novruz adətlərinin, milli-mənəvi dəyərlərin şagirdlərə aşılanması məqsədilə Tədbirlər Planına uyğun olaraq məktəbdə mart ayının əvvəlindən başlayaraq bir sıra müsabiqələr, tədbirlər həyata keçirilir.
Mart ayının əvvəlindən start verilən müsabiqəyə şagirdlər sinif yoldaşları, müəllimləri ilə birlikdə qoşulmuş və bu müddət ərzində hazırladıqları əl işlərini sinifləri adından böyük həvəslə təqdim etdilər.
Məktəb rəhbərliyi və şagirdlər müsabiqəyə təqdim olunan əl işləri ilə tanış oldular.