"BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ" ilə əlaqədar diplomla təltif edildilər

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi”nin 5.5.11-ci yarımbəndinə uyğun olaraq 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomla təltif olunmuşdur.