“Xocalı soyqırımı - Unutmayaq!” mövzusunda “dəyirmi masa”

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq 26.02.2025-ci il tarixində “Xocalı soyqırımı – Unutmayaq!” mövzusunda “dəyirmi masa” keçirildi.
Əvvəlcə Xocalı soyqırımı qurbanları və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edənlər bildirdilər ki, ermənilər Xocalı soyqırımını törətməklə xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məvbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Natiqlər hüquqi baxımdan Xocalıda baş vermiş qətliam və təsadüf üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə xalqımıza qarşı həyata keçirilmiş soyqırım olduğunu və hər bir soydaşımızın yaşından, peşəsindən asılı olmayaraq bu soyqırmı unutmamalı olduğunu bildirdilər.
Daha sonra şagirdlər hazırladıqları təqdimatlarla çıxış etdilər.